Çilidə güclü zəlzələ - SUNAMİ TƏHLÜKƏSİ

25 Dekabr 2016 19:30 (UTC+04:00)

Çilinin şimalında, Boliviya ilə sərhədin yaxınlığında 7,7 maqnitudalı zəlzələ baş verib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı İkike şəhərindən 147 km şərqdə, 114 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.