Abşeron yarımadasına qaz verilişi bərpa olundu

27 Dekabr 2016 17:38 (UTC+04:00)

Abşeron yarımadasına qaz verilişi bərpa olunub.

Dövlət Neft Şirkətindən Publika.az-a verilən məlumata görə, SOCAR, Fövqəladə Hallar Nazirliyi və ''Azərenerji'' mütəxəssislərinin birgə səyləri və görülmüş operativ tədbirlər nəticəsində Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən 1000 mm-lik magistral qaz kəmərində baş vermiş yanğın söndürülüb.

Qəza baş vermiş xətdə təmir bərpa işlərinə başlanılıb, Abşeron yarımadasına qazın verilməsi alternativ qaz xətti ilə bərpa olunub.