"Brent" neftinin qiyməti 56 dolları ötdü

27 Dekabr 2016 21:51 (UTC+04:00)

"Brent" neftinin qiyməti bir barelə görə 56 dolları ötüb.

"Report" xəbər verir ki, bu barədə ICE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.

Bakı vaxtı ilə 20:43-ə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 1,6% artaraq bir barelə görə 56,1 dollar təşkil edib.

WTI markalı yüngül neftin qiyməti 1,7% artaraq bir barel üçün 53,94 dollara bərabər olub.