İstanbul-Bakı-İstanbul aviareysləri təxirə salındı

29 Dekabr 2016 09:16 (UTC+04:00)

“Türkiyə Hava Yolları” (THY) aviaşirkətinin əlverişsiz hava şəraiti ilə əlaqədar 29-31 dekabr tarixlərində təxirə saldığı reyslərin sayı 68-ə çatıb.

Publika.az xəbər verir ki, həmin tarixlərdə nəzərdə tutulan 68 daxili və xarici uçuş reysi ləğv olunub. Təxirə salınan reylər arasında Bakı-İstanbul-Bakı uçuşları da var.

Vasif Həsənli