Prezident Səftər Hacıyevi təltif etdi

29 Dekabr 2016 15:35 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Səftər Heydər oğlu Hacıyevin III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

S.Hacıyev Azərbaycanda sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə təltif edilib.