Rusiya Suriyada hərbi qüvvələrini azaldacaq

29 Dekabr 2016 16:11 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Suriyada Rusiya hərbi qüvvəsinin azaldılması ilə bağlı Müdafiə Nazirliyinin təklifilə razılaşıb.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.

“Suriya Respublikasında hərbi qüvvəmizin ixtisarı üzrə Müdafiə Nazirliyinin təklifi ilə razıyam”, - deyə Putin vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, Rusiya beynəlxalq terrorizmlə mübarizəni davam etdirəcək və bu istiqamətdə Suriyanın qanuni hökumətinə dəstək göstərəcək.

Ömər Dağlı