Ərdoğan "2016-ci ilin Şəxsiyyəti" seçildi

8 Yanvar 2017 12:10 (UTC+04:00)

"Əl-Cəzirə" telekanalının keçirdiyi onlayın-sorğu nəticəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "2016-ci ilin Şəxsiyyəti" seçilib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, səsvermədə 130 mindən çox adam iştirak edib.

Bildirlir ki, Türkiyə prezidentinə 40% tamaşaçı səs verib.