Ərdoğandan şəhid polisin ailəsinə zəng

8 Yanvar 2017 20:29 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdəki terror hadisəsində daha böyük faciənin qarşısını alaraq şəhid olan qəhrəman polis Fethi Sekinin ailəsini yad edib.

Publika.az xəbər verir ki, şəhidin ailəsinə telefon açan R.T.Ərdoğan onun həyat yoldaşı və qardaşına başsağlığı verib.