50 yaşlı futbolçu yeni müqavilə imzaladı

12 Yanvar 2017 01:55 (UTC+04:00)

Gələn ay 50 yaşını qeyd edəcək yapon futbolçu Kazuyoşi Miura karyerasını bitirmək niyyətində deyil.

Publika.az xəbər verir ki, hücumçu 2005-ci ildən formasını geyindiyi "Yokohama" klubu ilə anlaşmasının müddətini uzadıb.

Qeyd edək ki, peşəkar karyerasını 1986-cı ildə Braziliyanın "Santos" klubunda başlayıb və 1990-cı ilədək bu ölkədə çıxış edib. 1990-cı ildə vətəninə dönən Miura İtaliyanın "Cenoa" və Xorvatiyanın "Dinamo" klublarında oynamağa imkan tapıb. O, Yaponiya yığmasında keçirdiyi 89 oyunda 55 qol vurub. (fanat.az)