Dəməşqdə güclü partlayış: 6 ölü

12 Yanvar 2017 23:57 (UTC+04:00)

Suriyanın paytaxtı Dəməşqin Kafrsuse rayonunda güclü partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 6 nəfər həlak olub.

İlkin məlumata əsasən, partlayış kamikadze tərəfindən törədilib.