FETÖ-nün imamının qaçdığı ölkə bilindi

13 Yanvar 2017 10:00 (UTC+04:00)

Türkiyədə 15 iyun qiyamına cəhddə iştirak etmiş FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələri içərisindəki imamı Adil Öksüz ABŞ-a qaçıb.

Publika.az xəbər verir ki, belə bir iddia ilə Türkiyənin “Axşam” qəzetinin Baş direktoru Murat Kelkitlioğlu çıxış edib.

Baş direktor yazdığı məqaləsində iddia edir ki, Adil Öksüz 15 iyun qiyamından 3 gün sonra ABŞ-a sığınıb.

Murat Kelkitlioğlu deyib ki, bunu sübut edəcək kəşfiyyat məlumatları var:

“Adil Öksüz 15 iyun hadisələrindən 3 gün sonra ABŞ-a qaçıb. Bu necə olub, sual verməyin! Çünki Adil Öksüz FETÖ-nün ən güclü və vacib adamlarından biri olub. Əgər Adil Öksüz Akıncı bazasında saxlanıldığı halda, məhkəmədən heçnə olmamış kimi çıxa bilirsə, 15 iyun hadisələrindən 3 gün sonra da rahat şəkildə ABŞ-a qaça bilərdi və qaçdı”.

Vasif Həsənli