“Bağdad” mahnısı ilə qəlbləri fəth edən müğənni BAKIDA - FOTOLAR

13 Yanvar 2017 15:11 (UTC+04:00)

Ayla Çelik hazırda “106,3 Fm”-in qonağıdır.

Publika.az xəbər verir ki, qısa müddət ərzində Türkiyədə “Bağdad” mahnısı ilə tanınmağa başlayan və ölkəmizdə sözügedən mahnısı ilə sevilən Ayla Çelik ötən gecə paytaxtımıza gəlib. İfaçının ölkəyə gəliş səbəbi isə 106,3 Fm radiosunda keçirilən “Milli Dalğa” mükafatının təqdimetmə mərasimidir. Qeyd edək ki, mükafat artıq 5 ildir ki, ölkənin ən çox dinlənilən və sevilən mahnılarına verilir. Ayla Çelik həm radio tərəfindən mükafatlandırılacaq, həm də iki saat ərzində dinləyiciləri ilə yaradıcılığındakı yeniliklərindən danışacaq.

Aytən