Madaqaskar adasına ekzotik səyahət - FOTO/VİDEO

14 Yanvar 2017 16:18 (UTC+04:00)

“Zebralar maşın sürə bilmir, ancaq insanlar və pinqivinlər”

Cizgi filmlərini sevən böyüklər yəqin ki, söhbətin nədən getdiyini təxmin edə bildi. Bəli, “Madaqaskar” cizgi filminə baxanlar çox yaxşı bilir ki, bu sitat məhz orada ən yaddaqalan zarafatların biridir. Sözügedən cizgi filmi bir çox cəhətdən həm böyüklər, həm də balacalar üçün maraqlıdır. Zarafatlar öz yerində, amma adanın bənzərsiz təbiəti effektiv şəkildə təsvir edilməsəydi, yəqin cizgi filmi bir qədər uğurlu alınmazdı.

Картинки по запросу madagascar

Sözü uzatmadan, Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində bu həftə oxucuları Madaqaskar adasına virtual səyahətə dəvət edirik. Odur ki, kəmərləri yaxşı bağlayın, təyyarəmiz uçuşa hazırdır!

Nəyə görə bir dəfə də olsun Madaqaskarı görməliyik?

Madaqaskar Hind okeanın qərbində və Afrikanın cənub-şərqində yerləşən cənnət adasıdır. Görməli yerləri başdan-başa möcüzədir: qumlu çimərliklər və mərcan rifləri, sönmüş vulkanları, tropik meşələri, buxta, baobab kolluqları və s. Koloritli paytaxtı Antananarivu və milli parkları görməyə həqiqətən dəyər.

Похожее изображение

Təbiətin rəngarəngliyi, inanılmaz ekzotikası və nadir gözəlliyi ilə seçilən Madaqaskara cəsarətlə “miniatür cənnət” demək olar. Madaqaskar ərazisinin böyüklüyü ilə seçilməsə belə buraya hər il baobab kolluqları arasında gəzməyi arzulayan, həmçinin qumlu çimərliklərində dincəlmək və sıx meşələri görmək istəyən on minlərlə turist üz tutur. Ümumiyyətlə, Madaqaskar macəra və ekzotika axtaranlar üçün çox orijinal yerdir. Birincisi, yerli flora və faunası demək olar ki, 100% unikaldır, çünki Madaqaskar digər qitələrdən ayrı təkamül edib. Bitki və heyvan adlarının əksəriyyəti “Madaqaskar” sözü ilə başlayır. Onlara bu adadan başqa heç yerdə rast gəlmək mümkün deyil. Lakin adanı turist ölkəsi adlandırmaq olmaz. Birincisi, burada əcnəbilər üçün dəbdəbəli şərait az yaradılıb. Bir tərəfdən də Madaqaskarda xeyli sayda problemlərlə üzləşəcəksiniz. Məsələn, sizə şəhərin xəritəsini verməyəcəklər, sizi məşhur yerlərlə tanış edən avtobus turları da gözləmir. Hətta küçədə nəyisə başa salmaq sizə çətin olacaq, gərəkdir ki, fransız dilini biləsiniz.

Фотография: Андрей Гудков

Madaqaskara səfər planlaşdıranlar bilməlidir ki, qonaqpərvərlik sənayesi adada inkişaf etməyib, bəzi sahələrdə hansısa infrastruktur ümumiyyətlə yoxdur. Amma müsbət tərəfləri də var, siz buradan incik və yerli əhalidən təcrid edilmiş şəkildə qayıtmayacaqsınız. Əgər səfərə başqa bucaqdan baxa bilsəniz, onda bütün bu qüsur və çatışmazlıqlar sizə həqiqətən əhəmiyyətsiz görünüəcək. Axı səyahət yeni nələrsə öyrənmək deməkdir. Bunun üçün hər zaman rahat şəraitin olması vacib deyil. Madaqaskarda Avropa standartlarına uyğun rahatlığı ekzotika və macəra ruhu əvəz edəcək.

Onu da qeyd etmək lazımdır ki, dəbdəbə ilə vidalaşa bilməyən turistlər üçün Madaqaskardan bir neçə km aralıda Nosi-Anko adasında “Miavana” kurortuna gedə bilər. Burada Madaqaskar adasının qəribə nadir təbiəti öyrənmək istəyən tələbkar səyyahlar üçün baza yaradılıb.

Vəhşi təbiətlə tanışlıq

Qeyd etdiyimiz kimi Madaqaskarın əsas xüsusiyyəti onun heyvanat və bitki aləmidir. Adanın ərazisinin əsas hissəsi qoruq statusuna malikdir, subtropik meşələrin nadir nümayəndələri burada yaşayır. Madaqaskarda tez-tez dəyişən effektli peyzaj mənzərələrini müşahidə etmək olar. Ona görə də bu yer ekzotik koloriti vəhşi təbiət həvəskarları tərəfindən yüksək qiymətləndiriləcək. Adanın tədqiqi iyunundan avqustunadək daha rahat olacaq. Sentyabr və oktyabr da səfər üçün əlverişlidir, lakin yadda saxlamaq lazımdır ki, bu aylarda yağıntılar tez-tez olur. Ən maraqlısı odur ki, burada kifayət qədər ilan və çoxlu rəngli hörümçəklər var, amma heç biri zəhərli deyil. Yəni yerli cəngəlliklərdə insan həyatı üçün son dərəcə təhlükəli olan heç bir sürünən növü yaşamır. Sadəcə ağcaqanadların yaratdığı narahatlığı və qaşınan kiçik yaraları çıxmaq şərti ilə dəqiq əmin ola bilərsiniz ki, cəngəllikdən sağ-salamat qayıdacaqsınız. Hər ehtimala qarşı elementar təhlükəsizlik tədbirlərinə riayət etmək və turistlərə antimalyariya əleyhinə həblər qəbul etmək tövsiyə olunur.

Похожее изображение

Əgər coğrafiyanı yaxşı oxumusnuzsa, onda Madaqaskarın Afrika qitəsindən çox tez ayrıldığını, eləcə də nadir bitki, heyvan və quşların yalnız Madaqaskarda yaşadığından xəbərdarsınız. Onlara baxmaq üçün dünyanın hər yerindən buraya çoxlu turistlər gəlir. Amma məyus olmamaq üçün unutmayın ki, onların böyük hissəsi fiziki cəhətdən olduqca kiçikdir. Bu, ilanlar, hörümçəklər, qurbağalar, kəpənəklər, lemurlar, buqələmunlar və bir çox digər həşəratlardır.

Lemurlar

Madaqaskar öz lemurları ilə fəxr edir, axı onlara Madaqaskardan başqa dünyanın heç bir guşəsində rast gəlmək mümkün deyil. Və bir çoxları hesab edir ki, vəhşi təbiətdə onlara baxmaq çox qiymətlidir. Amma lemur görmək üçün başa düşmək lazımdır ki, cəngəllikdə bir neçə saat piyada öncə uzun yol getmək lazım gələcək. Bununla belə lemurları ümumiyyətlə görə bilməmək riski də yüksəkdir. Üstəlik eyni yolu çətinliklə kor-peşman geri dönüşü də nəzərə almaq lazımdır. Odur ki, lemur axtarışına çıxmazdan əvvəl yaxşı-yaxşı düşünün.

Ağcaqanadlar

Madaqaskarda qızların ən yaxşı dostu çarpayının ətrafına bağlanan torlar və ağcaqanad əleyhinə dərman vasitələri olacaq. Tor hər yerdə satılır, lakin onu quraşdırmaq hər zaman asan başa gəlmir. Hətta ən ucuz mehmanxana otaqlarında ağcaqanad və cücülər əleyhinə dərman vasitələri, cihazlar olur, lakin onlar çox az kömək edir.

Mehmanxanalar

Ucuz hostel, yaxud bahalı qəşəng hoteldə gecələməyinizdən asılı olmayaraq, sizə çox nəzakətli insanlar xidmət göstərəcək. Ekskursiyalar üçün getdiyiniz əksər milli parklar sivilizasiyadan çox uzaqda yerləşir və hotel seçimi çox məhduddur. Mərkəzləşdirilmiş elektrik yoxdur, amma hər bir hotelin öz generatorları var. Hotel nə qədər qəşəngdirsə, işıq bir o qədər gur olacaq. Bununla belə mehmanxanaların əksəriyyətində heç olmasa bir neçə saatlığa işığı söndürürlər. İşıq axşam saat 10-dan gecə saat 2-yə qədər kəsilə bilər. Onsuz da həmin vaxtlar hamı yatmağa gedir. Təəssüf ki, həmin vaxt ərzində “mafialar” (ağcaqanadlar) oyanır və sizi sancmağa başlayır. Ümumiyyətlə, canlı təbiətin əleyhinə çıxmaq çətindir. Və hər bir turistin həyatında elə bir an gəlir ki, o, kərtənkələlərə, sürünənlərin gəlişinə sevinir. Məsələn, Madaqaskara gələn turistlər kərtənkələlərə məhəl qoymadan qapını açıq saxlayır və onların sevinməyə başlayır. Kərtənkələlər insanlara qarşı laqeyddir, həşərat və ağcaqanadlara qarşı isə çox amansızdır!

İnsanlar

Nəzakətli və mehribandırlar. Uşaqlar dilənçilik etmir və ağ adamlara böyük maraqla baxırlar. Böyüklər sizi aldatmağa cəhd etmirlər. Dükanda da, bazarında da məhsulları həm yerli camaata, həm də sizə eyni qiymətə satacaqlar.

Yemək

Madaqaskar mətbəxinin əsas menyusunu düyü, çox dadlı mal əti, ləzzətli okean balığı və tropik meyvələr təşkil edir. İlboyu meyvə-tərəvəz boldur. Özü də tropik meyvələrin çoxu sizin üçün yeni dad olacaq. Yeməklə bağlı heç bir problem olmayacaq. Çünki keçmiş müstəmləkədə hələ də Fransa mətbəxinin bir sıra ənənələri özünü göstərir.

Картинки по запросу madagascar meals

Ən məşhur milli xörəkləri "ravitutu" (manioki yarpaqlardan püre, kokos və mal əti filesi) və "rumazava” -dır (pomidor və ədviyyatlarla ətli raqu). Avropa mətbəxinin pərəstişkarları yerli qaz böyrəyini lazımınca qiymətləndirəcəklər. Sahildə yerləşən restoranlarda isə lanqust, xərçəng və digər dəniz məhsullarının dadına baxa bilərsiniz.

Картинки по запросу madagascar meals

Ölkədə şərab və alkoqollu içkilərin istehsalı inkişaf edib. Madaqaskarın uzun illər Fransa müstəmləkəsi olduğunu nəzərə alsaq, bu, heç təəccüblü deyil.

Ekskursiyalar

Картинки по запросу madagascar island

Əsas görməli yerlər cəngəllikdə yerləşir. Və hər bir ekskursiya dırmanma, bəzən isə hətta uzun müddət piyada gəzməyi nəzərdə tutur. Yerli iqlim rahat gəzməyə imkan vermir, bu, sizin, hətta idman təcrübəsi olan insanlar də üçün çox ağır sınaq olacaq. Əgər açıq danışsaq, yerli ekskursiyalar xüsusi tipli insanlar üçün daha əlverişlidir. Biz onları heyvanlarla bağlı verilişlərdə görmüşük. Onlar həmişə xaki rəngli paltarlar geyinir, sağ qalmaq naminə öz sidiklərini içir və eksterimal vəziyyətdən çıxış yolunu bilir. Normal insan üçün bütün bunlar qətiyyən şən və maraqlı olmayacaq. Odur ki, heç bir halda ard-arda bir neçə tur planlaşdırmayın. Ən azı onlar arasında bir gün arasında istirahət edin.

Картинки по запросу madagascar island forest

Ümumiyyətlə, bütün turu iki hissəyə parçalamaq yaxşıdır: Əvvəlcə vəhşi təbiətə ekskursiyalar, sonra isə çimərliklərdə dinləcmək.

Çimərlik mövsümü

Картинки по запросу madagascar island

Tamamilə cənnətdir! Cəngəllikdə keçən ağır ekskursiyalardan sonra ağ qum, şəffaf suların ağuşunda insan özünü xoşbəxt hiss edir. Və Madaqaskar sahillərində sizi heç nə narahat edə bilməz! Hind okeanına baş vuran kimi insan yer üzündə kədər, iztirab və ipoteka kreditlərinin nə olduğunu tamamilə unudur. Əvəzində təkcə təbiətin səni xoşbəxt etməyə qadir olan nə qədər böyük QÜVVƏ olduğunu başa düşürsən.

Картинки по запросу madagascar island

P.S Bəli, insan əzabının elə bir həddi var ki, ona insan təsəlli verə bilməz. Bu təsəllini ancaq təbiət verə bilər. Ah, qardaşım ağaclar, bacım çiçəklər, sevgilim dəniz... (G.Mövlud)

Aytən