"Kobra" Pərvizin 3 yaşlı oğlu “İnstagram” ulduzu oldu – FOTOLAR

16 Yanvar 2017 11:45 (UTC+04:00)

Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, "Qəbələ" İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu "Kobra" ləqəbli Pərviz Abdullayevin oğlu Yusif sosial şəbəkələrin sevilən ulduzuna çevrilib.

Publika.az xəbər verir ki, məşhur idmançı "instagram" bloqunda mütəmadi olaraq oğlunun videolarını paylaşır. Video görüntülərdə xüsusilə adaşı Miri Yusifin mahnılarını həvəslə oxuyan 3 yaşlı Yusif izləyicilər tərəfindən maraqla qarşılanıb.

Aytən