Tanınmış şairimiz ürəyindən əməliyyat olundu - FOTO

16 Yanvar 2017 12:53 (UTC+04:00)

Tanınmış şair Faiq Balabəyli bu gün ürəyindən əməliyyat olunub.

Axar.az xəbər verir ki, bu haqda şairin oğlu Tural Balabəyli məlumat verib.

Onun sözlərinə görə, F.Balabəyli hazırda “Zəfəran” hospitalına yerləşdirilib:

“Kəskin ürək ağrıları, təngnəfəslik, sinəsində və kürək nahiyəsində göynərtilər vardı. Bir neçə gün öncə “Medilənd” hospitalında müayinə edildikdən sonra həkimlərin yekun qərarı açıq cərrahiyyə əməliyyatı oldu”.