Hərbi təyyarə qəzaya uğradı

18 Yanvar 2017 04:15 (UTC+04:00)

ABŞ-da təlim təyyarəsi qəzaya uğrayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, hadisə Missisipi ştatındakı hərbi bazada baş verib.

Məlumata görə, hadisə ştatın qərb hissəsində qeydə alınıb. Hadisə zamanı "T-45C Goshawk" təyyarəsinin göyərtəsində təlimatçı pilot və onun tələbəsi olub. Onlar qəza zamanı katapulta (qəza zamanı pilotu təyyarədən tullamaq üçün mexanizm - red) edə biliblər.

Təlimatçı pilot və onun tələbəsi xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri sabitdir.

Hadisənin başvermə səbəbləri barəsində məlumat verilmir.