Gürcüstana və Türkiyəyə satdığımız qazın həcmi bəlli oldu

18 Yanvar 2017 18:14 (UTC+04:00)

“2017-ci il yanvarın 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 5,9 mlrd. kubmetr, Türkiyəyə isə 43,8 mlrd. kubmetr qaz verilib.

Publika.az xəbər verir ki, bunu SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə "Respublika" qəzetinə müsahibəsində bildirib.O deyib ki, "Şahdəniz" yatağından 78,4 mlrd. kubmetr qaz və 19,6 mln. ton kondensat çıxarılıb".

Hazırda həmin kəmərlə hər gün orta hesabla Gürcüstana 4 mln. kubmetr və Türkiyəyə 18,5 mln. kubmetr qaz nəql edilir. Nəhayət, bunu da deyim ki, 2016-cı ildə Azərbaycanda 41 mln. tondan artıq neft və 29,4 mlrd. kubmetr qaz hasil edilib. Neftin 7,5 mln. tonunu və qazın 6,3 mlrd. kubmetrini SOCAR hasil edib. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və "Şahdəniz" konsorsiumları isə ötən il 33,5 mln. ton neft və 23,1 mlrd. kubmetr qaz çıxarıblar".

İqtisadiyyat şöbəsi