Millət vəkili özünü kürsüyə qandalladı - FOTO/VİDEO

19 Yanvar 2017 21:00 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər üzrə qanun layihəsinin müzakirələri zamanı maraqlı bir hadisə baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş CHP-li, müstəqil millət vəkili Aylin Nazlıaka özünü kürsüyə qandallayıb.

Hadisə həbsdə olan millət vəkillərinin səsvermədə iştirak edib-etməyəcəyi barədə mübahisələr zamanı baş verib.

Nazlıaka aksiyanı davam etdirdiyi üçün müzakirələrdə 10 və 45 dəqiqə olmaqla iki dəfə fasilə yaranıb. Hazırda millət vəkilinin aksiyası davam edir.

Ömər Dağlı