Ramil Usubov Sadiq Gözəlovun yerinə onu təyin etdi

1 Fevral 2017 14:09 (UTC+04:00)

Ehsan Zahidov Publika.az-a açıqlamasında vəzifəsinin icrasına bu gündən başladığını deyib. “Bundan sonra da jurnalistlərlə sıx əməkdaşlığımız davam edəcək”.

***

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin rəisi müavini, polis polkovniki Ehsan Zahidov tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin rəisi təyin edilib.

DİN-in mətbuat xidmətindən yeni təyinatı təsdiqləyiblər.

Qeyd edək ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. (apa)

Gülxar