30 yaşlı qadın dəm qazından zəhərləndi

4 Fevral 2017 03:46 (UTC+04:00)

Hacıqabulda 30 yaşlı qadın dəm qazından zəhərlənib.

Publika.az xəbər verir ki, Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi, 96 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Əliyeva Bibixanım Əli qızı dəm qazından zəhərlənib.

B.Əliyeva toksik zəhərlənmə diaqnozu ilə Hacıabul rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.