Terakt törətməyə hazırlaşan İŞİD şəbəkəsi ifşa edildi - 500 nəfər tutuldu - YENİLƏNİB

5 Fevral 2017 15:46 (UTC+04:00)

Bu gün səhər saatlarından Başlayaraq Türkiyənin böyük şəhərlərində və rayonlarında İŞİ terror təşkilatının ölkədəki gizli şəbəkəsinə qarşı aparılan əməliyyat davam edir.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İŞİD terror təşkilatı ilə əlaqəli olmaqda şübhəli sayılaraq həbs edilənlərin sayı 500 nəfərə çatır.

Bu, Türkiyədə İŞİD-ə qarış aparılan ən böyük əməliyyat sayılır.

14:27

Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankarada həyata keçirilən əməliyyat zamanı İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 60 nəfər həbs olunub.

Əməliyyat Sincan, Çubuq, Yeniməhəllə və Mamak rayonlarında keçirilib.