Pakistanda da qar uçqunu - 14 ölü

6 Fevral 2017 00:55 (UTC+04:00)

Pakistanın Çitral dairəsində qar uçqunu baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qar uçqunu nəticəsində 6-sı uşaq olmaqla 14 nəfər həlak olub.

Polislərin məlumatına əsasən, təhlükəsizlik xidmətinin 7 əməkdaşı Əfqanıstan-Pakistan sərhədinin yaxınlığındakı NBM-də qar uçqunu nəticəsində xəsarət alıb.