İnstaqramın iranlı gözəlçəsi Türkiyənin ən yaraşıqlı kişisinə vuruldu - FOTOLAR

6 Fevral 2017 14:45 (UTC+04:00)

Hər kəs Mahlaqha Jaberiyə heyrandır, o, isə Burak Özçivitə vurulub!

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kainat gözəli” müsabiqəsində birinci olan iranlı model Burak Özçivit haqqında yazdığı statusu ilə gündəmə gəlib.

Cazibədar xanım Fahriye Evcenlə evlənməyə hazırlaşan Burak Özçivitə aşiq olduğunu yazıb. Gözəlliyi ilə dünya miqyasında bir çox milyarderin ağlını başından alan model bütün evlənmə təkliflərinə “yox” dediyini bildirib.

Məlumat üçün bildirək ki, 27 yaşlı model “One Time” jurnalı tərəfindən ən gözəl və ən cəlbedici model adına layiq görülüb. Mahlaqha Jaberinin instaqramda təxminən 2 milyon izləyicisi var.