Nazir sabiq icra başçısının oğluna vəzifə verdi

6 Fevral 2017 13:51 (UTC+04:00)

Azərbaycanın daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Polis polkovnik-leytenantı Faiq Hüseynov Suraxanı Rayon Polis İdarəsinin (RPİ) Pasport və Qeydiyyat Şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, F.Hüseynov əvvəllər Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. O, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Hüseyn Hüseynovun oğludur. (report)