SSRİ-dən qalma sonuncu nüvə bazası sökülür

6 Fevral 2017 21:14 (UTC+04:00)

Latviyada keçmiş SSRİ-dən qalmış sonuncu nüvə raket bazasının sökülməsinə başlanılıb.

“Report” xəbər verir ki, bu barədə TASS-a söküntü işlərinin aparan “Demontaza.lv” şirkətindən bildirilib.

“Söküntü işlər yarım il sürəcək və 32 metr dərinliyində olan şaxtanın yeri düz olacaq" - şirkətin direktoru Martınış Malniekes deyib.

M.Malniekesin sözlərinə görə, şaxta 1982-ci ildə tikilib: “Biz ölçmüşük, orada şüalanma yoxdur.”

Ümumiyyətlə, “Dvina P-12” raket-şaxta kompleksi ölkənin Qulbene şəhəri yaxınlığında yerləşir və biri komanda mərkəzi olmaqla kompleksin 4 şaxtadan ibarətdir. Nüvə obyektinin sökülməsinin smeta xərci 189,9 min avrodur. Söküntü işlərinin sifarişçisi isə Latviyanın Müdafiə Nazirliyidir.