Cəsədlər də şəhərdə ölüm saçır - FOTOLAR

6 Fevral 2017 22:42 (UTC+04:00)

İraqda İŞİD-in əsas qalası hesab olunan Mosul şəhəri terror təşkilatından təmizləndi. Lakin şəhər küçələrində təhlükə hələ də qalmaqdadır.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, şəhərin küçələrinə səpələnən İŞİD terrorçularının cəsədləri ölüm saçır.

Bu cəsədlər epidemiya mənbəyi olmaqla yanaşı, həm də partlayış təhlükəsi yaradır. Cəsədlərin bir çoxunun üzərində partlamağa hazır vəziyyətdə partlayıcılar var.

“Reuters” müxbirinin İŞİD-dən azad edilən şəhərdə çəkdiyi fotolardan bəzilərini təqdim edirik.

Ömər