Metroda qəza: ölən və yaralananlar var

10 Fevral 2017 17:54 (UTC+04:00)

İranın Qum şəhərində metropolitendə divarın aşması nəticəsində üç nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə İranın Qızıl Aypara cəmiyyətinin Qum şəhəri üzrə rəhbəri Bəhram Əhmədiyan məlumat verib.

Məlumata görə,hadisə tikilməkdə olan stansiyada baş verib. Divarın aşması nəticəsində daha 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.