ABŞ-da işıqlar söndü

13 Fevral 2017 22:14 (UTC+04:00)

Vaşinqton və ətraf ərazilərdə güclü külək nəticəsində minlərlə ev işıqsız qalıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ paytaxtının cənub-şərqində külək üçmərtəbəli binanın damını uçurub. Bir çox ərazilərdə elektrik naqilləri qırılıb.

Yerli yanğınsöndürmə xidməti ağacların evlərin üzərinə düşdüyü barədə məlumat yayıb. Qeyri-sabit hava şəraiti Vaşinqtonun hava limanlarında bir sıra uçuşların ləngiməsinə səbəb olub. Sinoptiklərin proqnozlarına görə, Vaşinqtonda gün ərzində küləyin sürəti saatda 80 km çata bilər.