Ərdoğan azərbaycanlı jurnalistlə görüşdü

8 May 2014 00:15 (UTC+04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın tanınmış xanım jurnalisti ilə görüşüb.

Məlumata görə, baş nazir Ədalət` qəzetinin baş redaktoru, yazıçı və publisist İradə Tuncayla Türkiyədə keçirilən mərasim zamanı görüşüb.

Baş redaktor bu barədə özü Feysbuk səhifəsində məlumat yayıb.

İradə Tuncay bildirib ki, mərasimdə çox sayda insan iştirak etsə də, Ərdoğan onlara vaxt ayıra bilib. /AzVision.az/