Dəm qazından zəhərləndilər

8 May 2014 13:37 (UTC+04:00)

Sumqayıtda və Bakıda dəm qazından zəhərlənmələr olub.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 8-də H.Z.Tağıyev qəsəbəsində yaşayan Nazlı Paşayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Mayın 7-də isə Binəqədi rayon sakini Nahid Namazov dəm qazından zəhərlənərək ölüb.