Suriyada döyüşən keçmiş SSRİ sakinlərinin sayı açıqlandı

23 Fevral 2017 19:17 (UTC+04:00)

Suriyada Rusiya və keçmiş SSRİ respublikalarından döyüşçülərin böyük miqdarı toplanıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin Şimal donanmasının zabitləri ilə görüşdə bildirib.

"Bizim ilkin məlumatlarımıza görə, onların sayı minlərlədir. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiyadan dörd, keçmiş Sovet İttifaqının respublikalarından beş minə qədər insan Suriyaya gedib”, - prezident deyib.

Ömər Dağlı