Zibillikdə sürüşmə zamanı ölənlərin sayı 113 nəfərə çatdı

16 Mart 2017 02:04 (UTC+04:00)

Efiopiyanın paytaxtı Əddis-Əbaba şəhərində zibillik ərazidə sürüşmə zamanı ölənlərin sayı 113 nəfərə çatıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, axtarış işləri davam etdirilir. İnsident zamanı hadisə yerində təqribən 150 nəfər olub.

Zibillik poliqonunda tikilən gecəqondularda onlarla insan yaşayırmış.

Sürüşmə martın 12-də baş verib. İlk əvvəl 62 nəfərin öldüyü bildirilirdi.