Sehrli əllər qocanı belə dəyişdi - İNANILMAZ - VİDEO

19 Mart 2017 11:18 (UTC+04:00)

25 ildir evsiz-eşiksiz avtomobil dayanacaqlarında növbətçi işləyən qocanın dəyişimi görənləri kövrəldib.

İspaniyada "La Salvajeria" kişi salonun sahibi salonun 4 yaşı münasibətilə qısa videoçarx hazırlayıb. Videoçarxda ssenariyə uyğun çəkiləcək biriləri axtarılırdı.

Həyatda öz yolunu itirmiş və depressiyadan əziyyət çəkən evsiz-eşiksiz 55 yaşlı Xose Antonio bu rol üçün ən mükəmməl namizəd olub.

Salona uzanmış ağ saçları, kirli saqqalları və əynində nimdaş bir paltarla daxil olan qoca bir neçə saat sonra gözlərinə inana bilməyib.

Güzgüdə özünə baxan 55 yaşlı Xose Antonio emosiyalarını gizlədə bilməyib.

Doktor Filmgood tərəfindən çəkilən videoçarx "Facebook" sosial şəbəkəsində yayımlanıb.

O maraqlı anları siz də izləyin:

Könül Cəfərli