İran və Türkiyə arasında saziş imzalanıb

11 May 2014 00:20 (UTC+04:00)

İran və Türkiyə arasında məhbusların ekstradisiyası barədə saziş imzalanıb.

Sazişə əsasən, məhkumlar öz ölkələrinin həbsxanalarında cəza çəkməlidirlər.

Sazişin icrasına dair ilk addım kimi, İstanbul həbsxanasında cəza çəkən iranlı İrana ekstradisiya olunacaq.