İrəvanda etiraz aksiyası dağıdıldı

19 Mart 2017 23:47 (UTC+04:00)

İrəvanda etirazçılarla polis arasında toqquşma baş verib.

APA-nın News.am-a istinadən verdiyi xəbərə görə, polis Tiqran Mets prospektini bağlamağa cəhd edən aksiyaçılara qarşı güc tətbiq edib.

Etirazçılarla polis polis arasında toqquşma Nalbandyan küçəsində də qeydə alınıb. Nəticədə aksiya polis tərəfindən dağıdılıb. Sabah İrəvanda növbəti aksiyaların keçiriləcəyi planlaşdırılır.