Rəsmi Ankaradan Putinin məsləhətçisinə SON XƏBƏRDARLIQ

23 Mart 2017 14:26 (UTC+04:00)

Rusiyanın Ankaradakı səfirliyinin məsləhətçisi Sergey Panov Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Rusiyanın nüfuz etdiyi və PYD-nin nəzarətində olan Suriya ərazisindən açılan atəş nəticəsində 1 nəfər türk hərbiçisinin həlak olmasıdır. Türkiyə Xarici İşlər Nazirliyi sözügedən hadisədən narahatlığını rusiyalı diplomatın diqqətinə çatdırıb.

Görüş zamanı bildirilib ki, oxşar hadisə təkrarlanarsa, Türkiyə tərəfi adekvat addımlar atacaq.

Vasif Həsənli