Ermənistanda 10 hərbiçi yaralandı

24 Mart 2017 01:10 (UTC+04:00)

Erməni hərbiçiləri yol qəzasına düşüb.

Bu barədə news.am saytına Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovanisyan xəbər verib.

Onun sözlərinə görə, Sotk-Karvaçar magistral yolunda Müdafiə Nazirliyinə məxsus "Ural" avtomobili ilə "Volkswagen Golf" toqquşub. Hadisə nəticəsində 10 hərbçi xəsarət alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.

"Hazırda onları Yerevana aparırlar" – deyə Ovanisyan bildirib. Yüngül yaralılar isə Vardenisdəki hospitala aparılıb.

"Shamshyan.com" məlumatına görə isə qəza nəticəsində hər iki maşın aşıb. Volkswagen isə 70 metrlik dərəyə yuvarlanıb. Yaralılardan 6-ı müqavilə ilə xidmət keçən hərbçilərdir.