Qazax mikroavtobusu "Jeep"lə toqquşdu

27 Mart 2017 02:00 (UTC+04:00)

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə yolun Tovuz rayonu Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bəkirov Məhəmməd Dursun oğlunun idarə etdiyi, Qazaxdan Bakıya sərnişin daşıyan avtobusla Tovuz rayon sakini, 1959-cu il təvəllüdlü Museybov Elman Müsəllim oğlunun idarə etdiyi “Jeep” markalı avtomobil toqquşub. Qəza zamanı “Jeep”in sürücüsü ağır xəsarət alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib. E. Museybov avtomobildən çıxarılaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Məlumata görə, E. Museybov keçmiş polis işçisidir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)