“İslam Oyunlarına gələcək idmançıların nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək”

30 Mart 2017 11:35 (UTC+04:00)

“Bakıda kreçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarına gələcək xarici ölkələrin idmançılarının nəqliyyat xərclərini Azərbaycan tərəfi ödəməyəcək”.

Publika.az xəbər verir ki, bunu IV İslam Həmrəyliyi Oyunlarının əməliyyatlar üzrə baş direktoru Mayk Loynd Azərbaycan Hava Yolları QSC (AZAL) ilə tərəfdaşlığa dair sazişin imzalanma mərasimində çıxışı zamanı bildirib.

O deyib ki, iştirakçı ölkələrin əksəriyyəti səfər xərclərini özləri çəkəcəklər:

“Bir neçə ölkənin müəyyən dəstəyə ehtiyacı yarana bilər. Bunu isə beynəlxalq donor qurumlar ödəyəcəklər: "Azərbaycan tərəfinin heç bir məsuliyyəti olmayacaq”.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev isə bildirib ki, anlaşmaya əsasən, iştirakçı ölkələr AZAL-ın bütün infrastrukturundan istifadə edə biləcəklər.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda keçiriləcək.

Vasif Həsənli