“Onu Yanukoviçdən daha pis tale gözləyir” - XƏBƏRDARLIQ

31 Mart 2017 22:59 (UTC+04:00)

“Əgər Ukrayna prezidenti Pyotr Poroşenko ikinci müddətə gedərsə, onu keçmiş Ukrayna lideri Viktor Yanukoviçdən daha pis tale gözləyir”.

Publika.az “Postimees” nəşrinə istinadən xəbər verir ki, belə proqnozla Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko çıxış edib.

“Bizim ölkəmizdə hakimiyyətə gələn hər bir prezident nədənsə düşünür ki, bu postda əbədi olacaq. Əslində olmayacaq: insanlar çox şeyi bağışlamırlar. Heç kəs ona korrupsiyanı insanların qanı üzərində ticarəti bağışlamaz”, - deyə deputat bildirib.

Savçenko daha əvvəl deyib ki, 2019-cu ildə keçirilən prezident seçkilərində iştirakını istisna etmir.

Qeyd edək ki, əvvəlki prezident 2014-cü ilin fevralında Maydan hadisələrinin nəticəsi olaraq hakimiyyətdən uzaqlaşdırılıb. O, fevral ayında Rusiyaya qaçıb.

Ömər Dağlı