Maradona məşhur şirkəti məhkəməyə verir - FOTO

1 Aprel 2017 01:32 (UTC+04:00)

Argentina yığmasının əfsanəvi futbolçusu Dieqo Maradona "Pro Evolution Soccer"in (PES) yaradıcıları ilə məhkəmə çəkişməsinə hazırlaşır.

Publika.az xəbər verir ki, buna səbəb oyunçunun təsvirinin zərurət olmadan istifadəsidir.

"Dünən öyrəndim ki, yapon şirkəti "Konami" PES 17 oyununda mənim təsvirimdən istifadə edir. Təəssüf, mənim vəkilim məhkəmə iddiası ilə işə başlayır. Ümid edirəm ki, bunlar növbəti fırıldaqçılar deyil", - deyə Maradona bildirib.

Xatırladaq ki, Dieqo Maradona öz milli komandasının heyətində 1986-ci ildə dünya çempionu olub. O, həmin turnirin ən yaxşı oyunçusu kimi "Qızıl top" alıb. (report)