Bədbəxt hadisə: Çinar ağacı Neftçala sakininin üstünə aşdı

1 Aprel 2017 09:12 (UTC+04:00)

Neftçalada bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Haqverdili kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 56 yaşlı Cəfər Hacıbaba oğlu Səlimov güclü küləyin aşırdığı çinarın altında qalaraq dünyasını dəyişib. (report)