Şəkidə partlayış olub

12 May 2014 14:44 (UTC+04:00)

Şəki şəhərində yaşayış evində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, hadisə İlhamə Məhərrəmovaya məxsus evdə olub.



Qadın məişətdə istifadə edilən qaz balonu ilə ehtiyatsız davranıb. Nəticədə ani partlayış baş verib.



Yanıq xəsarəti almış İ.Məhərrəmova xəstəxanaya yerləşdirilmişdir.