Binəqədidə evləri qarət edən “zek” yaxalandı

2 Aprel 2017 01:45 (UTC+04:00)

Bakının Binəqədi rayonunda evləri qarət etməkdə şübhəli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşları tərəfindən martın 13-də rayon ərazisindəki evlərdən birindən 22 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mirhüseyn Hacızadə tutulub.
Onun daha 2 evdən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Mirhüseyn Hacızadənin əvvəllər məhkumluq həyatı yaşadığı məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.