Evdə iş görən zaman başına dəmir parçası düşdü

2 Aprel 2017 12:43 (UTC+04:00)

Qazax sakininin başına dəmir düşüb.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Kəmərli kənd sakini, 1992-ci il təvəllüdlü Tapdıq Tomarov yaşadığı evdə iş görən zaman ehtiyatsızlıq nəticəsində onun başına dəmir parçası düşüb.

Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib, ona tibbi yarıdm göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.