Mikroavtobus çaya düşdü, 8 nəfər öldü

2 Aprel 2017 21:33 (UTC+04:00)

Çində mikroavtobusun çaya düşməsi nəticəsində 8 nəfər ölüb.

Publika.az xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Quyçjou vilayətində baş verib. Yan Vez adlı sürücü ailə üzvlərini və digər yaxıınlarını qonşu rayondan gətirərkən onun idarə etdiyi avtobus çayın üstündəki körpüyə çırpılıb və çaya düşüb. Hadisə yerində 8 nəfərin cəsədi tapılıb.

Faktla bağlı araşdırma aparılır.