“Debbi” qasırğası nəticəsində ölənlərin sayı artdı

3 Aprel 2017 06:26 (UTC+04:00)

Avstraliyada “Debbi” qasırğası nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən Kvinslend ştatında 5 nəfər təbii fəlakətin qurbanı olub. Bundan əvvəl 2 nəfərin öldüyü bildirilirdi.

Yağan şiddətli yağışlar Kvinslend və Yeni Cənubi Uels ştatlarında çoxsaylı daşqınlara səbəb olub. “Debbi” son altı il ərzində Avstraliyada qeydə alınan ən dağıdıcı qasırğa olub. Martın 29-dan etibarən polis və xilasedicilər tərəfindən 400 nəfər xilas edilib.