İtə görə avtobusu aşırdı: yaralılar var

3 Aprel 2017 08:48 (UTC+04:00)

Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.
Publika.az xəbər verir ki, hadisə Konyada qeydə alınıb. Belə ki, Karaman-Konya avtomobil yolunun 50-ci kilometrliyində səyahət avtobusunun aşması nəticəsində 14 nəfər xəsarət alıb.
Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdirilib. Onların həyatı üçün hər hansı təhlükənin olmadığı bildirilir.

Hadisənin sürücünün gözlənilmədən yola çıxan iti vurmamaq üçün avtomobili manevr etdirməsi səbəbindən meydana gəldiyi bildirilir. (report)