Putinlə “Birbaşa xətt” tarixi açıqlandı

3 Aprel 2017 10:57 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinlə ənənəvi ”Birbaşa xətt” iyun ayında keçirilə bilər.

Publika.az xəbər verir ki, bu haqda prezident administrasiyasına yaxın mənbələrə istinadən “Kommersant” nəşri yazıb.

Nəşrin məlumatına görə, “Birbaşa xətt” Rusiya Gününə (12 iyun), yaxud da Uşaqların Müdafiəsi Gününə (1 iyun) uyğunlaşdırılmış ola bilər.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Birbaşa xətt” əvvəlki illərdə olduğu kimi aprel ayında keçirilməyəcək. O qeyd edib ki, daha gec, hətta avqustun əvvəlində keçirilə bilər.

Ömər