Nazarbayev "Heydər Əliyev" ordeni ilə təltif edildi (YENİLƏNDİ)

3 Aprel 2017 14:28 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Nursultan Nazarbayevin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanla Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

Bu gün Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Nursultan Nazarbayevə təqdim edib.

Sonra Qazaxıstan Prezidenti Nursultan Nazarbayev çıxış edib.